Dağıstan Azərbaycanla hava əlaqəsinin bərpasına ümid edir


Dağıstan Azərbaycanla müntəzəm hava əlaqəsinin bərpası ilə bağlı danışıqlar aparır.

"Şəffaflıq.az" xəbər verir ki, bu barədə Dağıstan hökumətinin sədri Abdulmuslim Abdulmuslimov “RİA Novosti”yə bildirib.

"Azərbaycanla müntəzəm hava əlaqəsinin bərpası ilə bağlı danışıqlar aparılır. Gürcüstan və İranla birbaşa hava əlaqəsinin təşkili imkanı araşdırılır", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanla Dağıstan arasında birbaşa uçuşlar 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Qroznı marşrutu üzrə uçuş həyata keçirən “Embraer 190” tipli təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra dayandırılıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}