"Fənərbağça" klubu legioner futbolçu ilə yollarını ayırıb


Türkiyənin "Fənərbağça" klubu Filip Kostiçlə yollarını ayırıb.

"Şəffaflıq.az" yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun icarə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

İstanbul təmsilçisi bu barədə Türkiyə Futbol Federasiyasını məlumatlandırıb.

Qeyd edək ki, Filip Kostiç başa çatan mövsümdə "Fənərbağça"da 35 oyuna çıxıb, 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}