Azərbaycanın Albaniyadakı səfirliyi sığınacaqdakı uşaqlar üçün xeyriyyə aksiyası keçirib
Uşaqların Müdafiəsi Günü və müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycanın Albaniyadakı səfirliyi xeyriyyə aksiyası keçirərək Tiranada “SOS Children's Village” təşkilatına humanitar yardım göstərib. Bu barədə "Şəffaflıq.az" Albaniya KİV-inə istinadən xəbər verir. Azərbaycanın diplomatik nümayəndəliyinin təmsilçiləri uşaq sığınacağının sakinlərinə ərzaq payı təqdim ediblər. Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov şəxsən “SOS Children's Village”ə baş çəkib və sığınacaqda yaşayan uşaqlarla söhbət edib. Diplomat bildirib ki, səfirlik bu cür humanitar təşəbbüslərdə gələcəkdə də iştirak etməyə hazırdır. A.Hüseynov, həmçinin Albaniya xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Facebook-da paylaş
