Şamaxıda avtomobillər toqquşub, xəsarət alanlar var
Şamaxıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Şəffaflıq.az xəbər verir ki, rayonun Çarhan kəndində “Renault” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Renault”un sürücüsü, 42 yaşlı Samir Bağırov, “VAZ-2107”nin sürücüsü Babalar Nəbiyev, eləcə də sərnişinlər; 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyev xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
