Əsas Səhifə > Hadisə > Şamaxıda avtomobillər toqquşub, xəsarət alanlar var

Şamaxıda avtomobillər toqquşub, xəsarət alanlar var


3-06-2025, 23:12


Şamaxıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Şəffaflıq.az xəbər verir ki, rayonun Çarhan kəndində “Renault” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Renault”un sürücüsü, 42 yaşlı Samir Bağırov, “VAZ-2107”nin sürücüsü Babalar Nəbiyev, eləcə də sərnişinlər; 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır.


Geri qayıt