BP: Cəbrayıldakı GES-dən istehsal edilən elektrik enerjisi azad olunmuş ərazilərin bərpasına töhfə verəcək

“Qarabağ” yatağından ilk neftin 2029-cu ildə hasil olunacağı planlaşdırılır.

"Şəffaflıq.az" xəbər verir ki, bu barədə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell Bakı Enerji Forumu çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Biz 2029-cu ildə ilk nefti əldə etməyi hədəfləyirik. Bu, böyük neft yatağı üçün nisbətən sürətli işlənmə müddətidir. Bu günə olan konsepsiya xidmət olunmayan (daimi personalı olmayan) platformadır. Yəni platforma texnoloji qurğulara malik olsa da, hər şey məsafədən idarə olunacaq. Şelfdə çox az insan olacaq, ümumiyyətlə heç olmaması da mümkündür. Bu, üst quruluşu (göyərtəsi) və bəzi qurğuları olan yüngül, kompakt platformadır.

Daha sonra neft və qaz “Azəri-Çıraq-Günəşli” blokunun infrastrukturuna nəql ediləcək ki, bu da layihəni nisbətən səmərəli və aşağı xərcli edir", - o qeyd edib.

Xəbər yenilənir


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}