Nazir: "Qvineya-Bisau Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq üzrə strategiya hazırlayır"
Qvineya-Bisau Azərbaycanla neft-qaz sektorunda əməkdaşlıq üçün çərçivə strategiyası hazırlayır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Qvineya-Bisaunun ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi ilə mübarizə üzrə naziri Viriatu Luiş Suareş Kassama 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində jurnalistlərə bildirib. Nazir qeyd edib ki, ölkəsində neft və qaz var, lakin onların hasilatına hələ başlanılmayıb: "Azərbaycan bu sahədə əhəmiyyətli təcrübəyə malikdir. Buna görə də biz onunla bu istiqamətdə əməkdaşlıq üçün çərçivə strategiyası hazırlamağa başlamışıq".
Xəbəri paylaş
Facebook-da paylaş
