Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycan gənc boksçuları Qazaxıstanın Türküstan şəhərində beynəlxalq turnirdə iştirak edəcəklər. "Şəffaflıq.az" xəbər verir ki, artıq start götürən yarışda Azərbaycan millisinin üzvləri də qüvvəsini sınayacaq. Yığmanın heyətində məşqçi İlkin Seyfəddinovun rəhbərliyi altında Hikmət Məmmədov (50 kq), Əli Məmmədov, Zakir Həsənzadə (hər ikisi 55), Vüsal Xəlilov (65 kq), Renat Qiyaslı (75 kq) və Kənan Nəcəfov (+90) gücünü yoxlayacaq. Qeyd ed\k ki, turnir iyunun 6-dək davam edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş
