Azərbaycanı UEFA turnirlərində təmsil edəcək bütün klublar dəqiqləşib
2025/2026 mövsümündə Azərbaycanı UEFA turnirlərində təmsil edəcək bütün komandalar dəqiqləşib. "Şəffaflıq.az"ın məlumatına görə, bu, bu gün "Qarabağ" və "Sabah" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyunundan sonra bəlli olub. Həlledici matçda rəqibini üstələyən (3:2) "Sabah" UEFA Avropa Liqasına vəsiqə qazanıb. Misli Premyer Liqasının qalibi olan "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizə aparacaq. "Zirə" və "Araz-Naxçıvan" isə UEFA Konfrans Liqasında çıxış edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş
