İşğaldan azad edilmiş ərazilərdə QPS-lərin tikintisi üzrə işlərin icra həcmi açıqlanıb


Hazırda Laçın Qazpaylayıcı Stansiyası (QPS) üzrə tikinti işlərinin 93 %-i, Mincivan QPS üzrə 45 %-i, Cəbrayıl QPS üzrə 29 %-i, Zəngilan QPS üzrə isə 18 %-i tamamlanıb.

"Report"un Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəisinin birinci müavini Sərxan Babaşov “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında deyib.

Onun sözlərinə görə, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edən bu layihələr bölgələrin qazlaşdırılması və dayanıqlı enerji təminatı baxımından mühüm əhəmiyyət daşıyır.

"Qubadlı QPS-in tikintisinə başlanılması üçün artıq hazırlıq işləri görülüb, ərazi üzrə mina təmizləmə prosesi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən yekunlaşdırılıb". - deyə S. Babaşov əlavə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}