Murad Qadılşin Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi təyin edilib


Tatarıstan Rəisi Rüstəm Minnixanov Murad Qadılşinin respublikanın Azərbaycandakı daimi nümayəndəsi vəzifəsinə yenidən təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə Şəffaflıq.az Tatarıstan başçısının dəftərxanasına istinadən məlumat verir.

Sənədə əsasən, Murad Qadılşin 2025-ci il iyunun 2-dən üç il müddətinə vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Murad Qadılşin 2022-ci il iyunun 2-dən Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsidir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}