Mingəçevirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əsəddin Novruzovla vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsəddin Curu oğlu Novruzovun meyitinin qalıqları Mingəçevir şəhərinə gətirilib. “Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Mingəçevirdə ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirilib. Qeyd edək ki, Əsəddin Curu oğlu Novruzov 1939-cu il oktyabrın 15-də Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. Özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak edən Ə.Novruzov 1992-ci il martın 12-də həmin kənddə itkin düşüb. Ə.Novruzov Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.
Xəbəri paylaş
Facebook-da paylaş
