Qəbələdə prokurorluğun yeni çağırışlarına həsr olunan seminar keçirilib


Qəbələ rayon prokurorluğunda “Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar təşkil olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə prokurorluq əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Seminarda çıxış edən Qəbələ rayon prokuroru Nazim Babayev ölkənin suverenliyinin qorunması və qanunvericiliyin təkmilləşdirilməsində prokurorluğun rolunu vurğulayıb. O, həmçinin prokurorluğun müasir dövrdə qarşılaşdığı yeni çağırışlar və problemlər barədə ətraflı məlumat verərək, prokurorluğun bu sahədəki mövqeyini açıqlayıb. N.Babayev hüquqi təhsil və ictimaiyyətin hüquqi maarifləndirilməsinin əhəmiyyətini qeyd edərək, gənclərin hüquq sahəsindəki biliklərinin artırılmasının vacibliyini bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarının fəaliyyətində şəffaflığın və ictimaiyyətlə əlaqələrin gücləndirilməsinin vacibliyini önə çəkib. O, prokurorluğun müasir dövrdəki çağırışlarla necə mübarizə apardığını və bu prosesdə cəmiyyətin dəstəyinin əhəmiyyətini diqqətə çatdırıb. Kənan Zeynalov prokurorluğun strukturu və funksiyalarını izah edərək, hüquqi islahatların gücləndirilməsi və dövlətin hüquqi təminatlarının daha da təkmilləşdirilməsinə yönəldildiyini vurğulayıb.

Seminarda müzakirə olunan mövzularda hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı aktual məsələlərə toxunulub. Çıxışçılar həmçinin müasir dövrün tələblərinə uyğun olaraq, prokurorluğun qarşısında duran vəzifələrə dair məlumatlar veriblər.

İnteraktiv formatda davam etdirilən tədbirdə iştirakçıların müxtəlif hüquqi məsələlər üzrə sualları da cavablandırılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}