Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində növbəti qələbəsini qazanıb


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ikinci oyununu keçirib.

Şəffaflıq.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığma Belçika yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2 qol vurub, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, seçməmiz ilk oyununda İngiltərə yığmasını 5:4 hesabı ilə məğlub etmişdi. Azərbaycan qrupdakı son matçını mayın 25-də Litva (14:15) seçməsinə qarşı keçirəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}