Türkiyə və Suriya prezidentləri görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Əhməd əş-Şaraanın müzakirə etdiyi məsələlər açıqlanıb. Şəffaflıq.az “Haber Global”a istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli, regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb. Ərdoğan Suriyanı daha firavan günləri gözlədiyinə inamını ifadə edib. O, bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Suriyanın yanında olmağa davam edəcək. Türkiyə lideri, həmçinin Suriyanın və ordusunun vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirib. O, Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın enerji, müdafiə, nəqliyyat başda olmaqda bütün sahələrdə inkişafa davam edəcəyini, rəsmi Ankaranın bu günə qədər olduğu kimi, bundan sonra qonşuluq və qardaşlıq vəzifəsini yerinə yetirəcəyini qeyd edib.
Facebook-da paylaş
