Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Şəffaflıq.az-ın məlumatına görə, mətndə deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik. Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk".
Xəbəri paylaş
Facebook-da paylaş
