Polşada prezident seçkilərinin ikinci turuna keçən namizədlər bəlli olub
Hakim Vətəndaş koalisiyasından olan namizəd Rafal Tşaskovski 31,36 %, müxalifəti təmsil edən "Hüquq və Ədalət" partiyasından namizədliyi irəli sürülən Karol Navrotski isə 29,54 % nəticə ilə Polşada prezident seçkilərinin ikinci turuna keçiblər. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa KİV-i məlumat yayıb. Səsvermənin rəsmi nəticələri hələ təsdiqlənməyib, Dövlət Seçki Komissiyasının sədri nəticələri yaxın saatlarda mətbuat konfransında elan etməlidir. Qeyd olunub ki, mayın 18-də keçirilən səsvermədə iştirak 1990-cı ildən bəri rekord həddə çataraq 67,3 % təşkil edib. Polşada prezident seçkilərinin ikinci turu iyunun 1-də keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş
