Hikmət Hacıyev Tehranda forumda iştirak edir
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın paytaxtı Tehranda səfərdədir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Tehranda Prezident Məsud Pezeşkian və 53 ölkədən nümayəndələrin iştirakı ilə Dialoq Forumu işə başlayıb. Hikmət Hacıyevin də qatıldığı tədbir İran XİN-də keçirilir və mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsinə həsr olunub. Foruma 40 tematik panel daxildir.
Xəbəri paylaş
Facebook-da paylaş








