Qubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanov dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovla Quba rayonunda keçirilən vida mərasimi başa çatıb. "Report"un Şimal bürosunun məlumatına görə, E.Ərzumanovun nəşi Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xəbəri paylaş
Facebook-da paylaş
