AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub
Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub. Bu barədə "Report"un sorğusuna cavab olaraq AZAL-dan bildirilib. "Artıq uçuşlar cədvələ uyğun ştat rejimində həyata keçirilir", - cavabda qeyd olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
