UEFA Avropa Liqasında finalçılar müəyyənləşib
UEFA Avropa Liqasında finalçılar müəyyənləşib. Şəffaflıq.az xəbər verir ki, yarışın yarımfinal mərhələsinin cavab görüşləri başa çatıb. “Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olub. Matç “Mançester Yunayted”in 4:1 hesablı qələbəsi ilə tamamlanıb. Beləliklə, “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər. UEFA Avropa Liqası Yarımfinal mərhələsi, cavab görüşləri “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) 0:2 İlk oyun - 1:3. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) 4:1 İlk oyun - 3:0. Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.
Facebook-da paylaş
