Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib: Axundov Elçin Əbdül oğlu Amənzadə Raihə Barxudar qızı Fərəcov Sərdar Fərəculla oğlu Göyüşov Nəsib Cümşüd oğlu Məmmədov Sabir Novruz oğlu Rövşən Ramiz Məmmədəli oğlu Yaqubova Ella İsmayıl qızı. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Xəbəri paylaş
Facebook-da paylaş
