Son bir həftədə 1730 elektron xəstəlik vərəqi imzalanıb - RƏSMİ
“E-bülleten” sisteminə keçid olunan gündən mayın 6-dək 1730 elektron xəstəlik vərəqi imzalanıb. Bu barədə Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasına keçilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
