Pakistanlı nazir: Hindistan növbəti 24-36 saatda zərbə endirmək niyyətindədir
Hindistan iki ölkə arasında aprelin 22-də Pahalqam şəhərində baş vermiş terror aktından sonra gərginləşən münasibətlər fonunda növbəti 24-36 saat ərzində Pakistan ərazisinə zərbə endirmək niyyətindədir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Televiziya-Radio Yayımı naziri Attaulla Tarar “X”dəki səhifəsində yazıb. “Pakistanın etibarlı kəşfiyyat məlumatları var ki, Hindistan Pahalqam hadisəsindən yalan bəhanə kimi istifadə edərək növbəti 24-36 saat ərzində hərbi zərbə endirmək niyyətindədir. Hər hansı təcavüz aktı qətiyyətli cavabla qarşılaşacaq”, – nazir qeyd edib. O həmçinin bildirib ki, Nyu-Dehli “region üçün hər hansı mümkün nəticələrə görə məsuliyyət daşıyacaq”.
Facebook-da paylaş
