Misli Premyer Liqasının XXXII turunda “Zirə” səfərdə “Kəpəz”i məğlub edib.
Misli Premyer Liqasının XXXII turunda “Zirə” səfərdə “Kəpəz”i məğlub edib. Şəffaflıq.az-ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub. Artıq ilk "üçlük"dəki yerini təmin etmiş "Zirə" bu nəticədən sonra 64 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var. Qeyd edək ki, turun daha əvvəl baş tutan “Turan Tovuz” - “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə bitib. Tura aprelin 28-də yekun vurulacaq.
Xəbəri paylaş
Facebook-da paylaş
