İsrail Yəməndən raket atıldığını bildirib
Yəməndən raket buraxıldıqdan sonra İsrailin cənubundakı bir neçə şəhərdə, o cümlədən Beer-Şebada hava hücumu sirenləri işə salınıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb. "Yəməndən raket buraxıldıqdan sonra İsrailin bir neçə bölgəsində sirenlər işə salınıb. Təfərrüatlar araşdırılır", - məlumatda deyilir.
Xəbəri paylaş
Facebook-da paylaş
