Premyer Liqa: XXXII tura bir oyunla start verilib
Misli Premyer Liqasında XXXII tura bir oyunla start verilib. "Report"un məlumatına görə, “Turan Tovuz” doğma azarkeşlər önündə “Şamaxı” ilə üz-üzə gəlib. Tovuz şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə nəticələnib. Meydan sahiblərinin heyətində 54-cü dəqiqədə Kauan Martins fərqlənib. “Şamaxı”nın qolunu isə 56-cı dəqiqədə Brahim Konate vurub. Bu nəticədən sonra “Turan Tovuz” 49 xalla dördüncü yerdə qərarlaşıb. 6-cı olan “Şamaxı” 35 xala malikdir. Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
