Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadılıb


Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mayın 10-dək uzadılıb.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib və hazırda kvota 96 faizdən çox dolub.

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}