Stomatologiya sahəsində monitorinqlərin aparılması nəzərdə tutulur
Gələcəkdə stomatologiya sahəsində də monitorinqlərin aparılması nəzərdə tutulur. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O qeyd edib ki, bu, kifayət qədər vacib xidmət sahəsidir: “Ona görə də bu sahədə peşəkar mütəxəssislərin olması mütləqdir”. Komitə sədri həmçinin əlavə edib ki, mərhələli şəkildə digər tibb sahələri üzrə monitorinqlərin aparılması planlaşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş
