Tokayev Qazaxıstan Xalqlar Assambleyasının sessiyasını açıb
Astanada bu gün prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə Qazaxıstan Xalqlar Assambleyasının XXXIV sessiyası açılıb. "Report"un Astanadan olan müxbirinin məlumatına görə, sessiyada parlament deputatları, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, respublika etno-mədəni birliklərinin rəhbərləri və üzvləri, QXA könüllüləri, Assambleyanın regional nümayəndələri iştirak edirlər. Qazaxıstan Xalqlar Assambleyası ölkə prezidentinin 1 mart 1995-ci il tarixli fərmanı ilə yaradılıb. QXA-ya Prezident Kasım-Jomart Tokayev rəhbərlik edir. Bu, prezident yanında məsləhətçi-məşvərətçi orqandır və bu orqanın vəzifəsi dövlət milli siyasətinin hazırlanması və həyata keçirilməsinə kömək etməkdir. Assambleyanın tərkibinə 583 nəfər daxildir.
Facebook-da paylaş
