NATO-nun baş katibi ABŞ-yə səfər edəcək
NATO-nun baş katibi Mark Rutte aprelin 24-25-də ABŞ-yə səfər edəcək. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə NATO-nun Brüsseldəki mənzil-qərargahının mətbuat xidməti məlumat yayıb. "Mark Rutte ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və milli təhlükəsizlik müşaviri Mayk Uolts ilə görüşəcək", - məlumatda bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş
