Kürdə suyun səviyyəsi artıb
Bəzi çaylarda sululuq artıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 7 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlü və Tərtərçay-Kəlbəcərdə 13 sm, Tərtərçay-Vəngdə 5 sm, Həkəriçay-Balasoltanlıda 3 sm artım qeydə alınıb. Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində səviyyə 19 sm artıb, su sərfi 670 m3/san olmaqla normanın 94%-ni təşkil edir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
