Azərbaycan səfiri Əlcəzair XİN-in idarə rəhbəri ilə görüşüb
Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev bu ölkənin Xarici İşlər, Milli İcma Xaricdə və Afrika Məsələləri Nazirliyinin Protokol idarəsinin rəhbəri Muxtar Amin Xəliflə görüşüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Əlcəzairdəki diplomatik missiyanın “Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər, Milli İcma Xaricdə və Afrika Məsələləri Nazirliyinin Protokol üzrə Baş Direktoru cənab Muxtar Amin Xəlif ilə Zati-aliləri Səfir cənab Tural Rzayev arasında görüş baş tutub”, – səfirliyin məlumatında qeyd olunub. Mətbuat xidməti görüşün təfərrüatlarını açıqlamayıb.
Xəbəri paylaş
Facebook-da paylaş
