"Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub edib
Misli Premyer Liqasının XXX turunda daha bir oyun keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qəbələsi ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisində 9-cu dəqiqədə Roi Kehat fərqlənib. Bölgə klubunda 57-ci dəqiqədə Maykl Tuik, 60-cı dəqiqədə Alfons Msanqa adını tabloya yazdırıb. Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Şamaxı" yeddinci pilləyə yüksəlib. 29 xalı olan "Sumqayıt" səkkizinci sıraya düşüb. Günün ilk matçında "Turan Tovuz" evdə "Sabah"ı məğlub edib - 2:0. Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Səbail"i 4:1 hesabı ilə üstələmişdi. Tura aprelin 13-də yekun vurulacaq.
Facebook-da paylaş
