İsrail Azərbaycanı diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə təbrik edib
İsrail səfirliyi Azərbaycanı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik edib. “Report” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib. Bildirilib ki, İsrail-Azərbaycan münasibətləri üç onillikdə möhkəm təməl üzərində qurulub: "Enerji sahəsindən tutmuş innovasiyalara qədər bu tərəfdaşlıq zaman keçdikcə daha da güclənir".
Xəbəri paylaş
Facebook-da paylaş
