Azərbaycanda 12 günlük bayram tətili başa çatıb


Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb.

Şəffaflıq.az xatırladır ki, ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi.

Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}