İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 300 nəfəri ötüb
İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb. Şəffaflıq.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat verib. Martın 18-i gecə İsrail Silahlı Qüvvələri Qəzza zolağına kütləvi zərbələr endirdiyini bildirib. “Axios” nəşrinin Baş nazir Benyamin Netanyahunun ofisindən aldığı məlumata görə, İsrail HƏMAS-a qarşı hərbi əməliyyatları yenidən başlatmaq qərarına gəlib. Hücum qərarı Fələstin hərəkatının atəşkəsi pozmaq planları ilə əsaslandırılıb.
Xəbəri paylaş
Facebook-da paylaş
