Moskvada Ümummilli Lider Heydər Əliyevin abidəsi qoyulacaq
Moskvada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsi qoyulacaq. “Report”un bürosunun məlumatına görə, təntənəli mərasimdə Moskva meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müavini Vitali Savelyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Baykal-Amur magistralının tikintisinin veteranları iştirak ediblər. Abidə bu gün rəsmi mərasimin keçirildiyi Azərbaycanın Moskvadakı səfirliyinin yaxınlığındakı bağda yerləşəcək.
Xəbəri paylaş
Facebook-da paylaş
