“Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edilir
Bu gündən “Azerbaijan Ground Service” MMC “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edir. Şəffaflıq.az bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir. Məlumata görə, məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə verilən məkandan sərnişinlərin əsasən Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək. Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq. Vətəndaşlar biletləri “ İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edəcək.
Facebook-da paylaş
