Niderlandın ING bankı Azərbaycan üçün inflyasiya proqnozunu dəyişib
Niderlandın ING bank qrupu Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,2 %, 2026-cı ildə isə 4,9 % səviyyəsində proqnozlaşdırır. Bu barədə ING-yə istinadən xəbər verir. Bu gözləntilər qrupun bundan əvvəlki proqnozlarına nisbətən müvafiq olaraq 0,4 və 0,2 faiz bəndi çoxdur. Proqnoza əsasən, Azərbaycanda orta illik inflyasiya 2025-ci ilin birinci rübündə 5,7 %, ikinci rübdə 6,1 %, üçüncü və dördüncü rüblərdə 4,5 %, 2026-cı ilin sonuncu rübündə 5,7 % olacaq. İqtisadiyyat Nazirliyi orta illik inflyasiyanı 2025-ci ildə 4,6 %, 2026-cı ildə 4 % səviyyəsində proqnozlaşdırır. Azərbaycanın Mərkəzi Bankının son (2025-ci ilin yanvar ayında) proqnozlarına əsasən isə cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə 3,8 % olacaq. BMT öz növbəsində Azərbaycanda inflyasiyanın bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % olacağını proqnozlaşdırır. Beynəlxalq reytinq agentlikləri "S&P Global" və "Moody's" Azərbaycanda bu il orta illik inflyasiyanı 4 %, gələn il isə 3 % səviyyəsində proqnozlaşdırırlar. Qeyd edək ki, Azərbaycanda ötən il orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvarında isə 5,4 % təşkil edib.
Facebook-da paylaş
