İnam Kərimov: Hakimlərin sosial təminatlarının yaxşılaşdırılması diqqət mərkəzindədir


Azərbaycanda hakimlərin sosial təminatlarının yaxşılaşdırılması məsələsi diqqət mərkəzindədir.

Şəffaflıq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.

O bildirib ki, məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, kağızdan azad tam elektron icraata keçidin təmin edilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması xüsusi əhəmiyyət kəsb edir.

"Göstərilən məsələlərlə yanaşı, hakimlərin sosial təminatlarının yaxşılaşdırılması məsələsi də diqqət mərkəzindədir. Əminəm ki, Azərbaycan Hakimlərinin Forumu qarşıya qoyulan məqsədlərə çatmaqla, gələcək illərdə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı məhkəmə sisteminin qarşısında duran vacib məsələlərin müzakirəsi üçün mühüm ənənəvi platformaya çevriləcək", - İ.Kərimov qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}