Sədr: Hakimlərin ilk forumunda ədalət mühakiməsinin keyfiyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparılacaq
Məhkəmələrin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi və cəmiyyətin gözləntilərinə cavab verməsi üçün yüksək mənəvi keyfiyyətlərə, geniş hüquqi və sosial biliklərə malik olan, müstəqil, ədalətli, məsuliyyətli və vicdanlı hakimlər fəaliyyət göstərməlidir. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin ilk Forumunda Hakimlər İttifaqının sədri Ramiz Rzayev deyib. O bildirib ki, keyfiyyətlərə malik olan, bilik və bacarıqlarını daim təkmilləşdirən, çağdaş dövrün tələblərinə cavab verən vərdişlər qazanan gənc hakimlərin sayı ildən-ilə artır: "Hakimlərinin bu gün keçirilən Forumu çərçivəsində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliyinin və keyfiyyətinin artırılması, hüquq tətbiqetmə təcrübəsinin vahidliyinin təmin olunması və digər maraq doğuran istiqamətlər üzrə faydalı müzakirələr, qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılacaq".
Facebook-da paylaş
