İƏT Xocalı faciəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar bəyanat yayıb. Şəffaflıq.az xəbər verir ki, Taha Xocalı faciəsinin Ermənistan tərəfindən Azərbaycanın işğal olunan ərazilərində həyata keçirilən qanunsuz işğalın nəticəsi olduğuna diqqət çəkib. Təşkilat rəhbəri 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyannaməsinə (117-ci bənd) və 2024-cü ildə Kamerunun Yaunde şəhərində təşkil olunmuş İƏT Xarici İşlər Nazirləri Şurasının 5-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” 47/50-POL saylı Qətnaməyə istinad edərək Xocalıda yerli sakinlərə qarşı törədilmiş kütləvi zorakılıqları müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımı olaraq qiymətləndirib.
Facebook-da paylaş
