İsmayıllıda zəlzələ olub
İsmayıllı rayonunda 3,6 maqnitudada zəlzələ qeydə alınıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, təkan yerli vaxtla saat 15:11-də qeydə alınıb.
Xəbəri paylaş
Facebook-da paylaş
