Belçika Ukraynaya hərbçilərini göndərə bilər
Belçika Ukraynaya hərbçilər göndərə biləcəyini istisna etməyib. Şəffaflıq.az “Financial Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken bildirib. "Belçikanın müdafiə naziri müəyyən şərtlərlə Ukraynaya qoşun göndərməyə açıq olduğunu bəyan edib", - nəşr yazıb. Regionda asayişi qorumaq üçün hərbçilərin göndərilməsi yalnız Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlandıqdan sonra mümkündür. Franken qeyd edib ki, Belçika minlərlə əsgər göndərə bilməz, lakin Brüssel həmişə öz müttəfiqlərinə kömək edir.
Xəbəri paylaş
Facebook-da paylaş
