Azərbaycanda işləmək istəyən xarici bankdan benefisiar mülkiyyətçiləri barədə məlumat tələb ediləcək


Azərbaycanda xarici bankların yerli filiallarının lisenziyalaşdırılması ilə bağlı tələblər sərtləşdirilir.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı “Banklar haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliklə, xarici bankların yerli filialları lisenziyalaşdırılarkən Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi formada bankın benefisiar mülkiyyətçiləri haqqında məlumat da tələb ediləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}