Azərbaycanla Türkiyə müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafını müzakirə edib


Azərbaycanla Türkiyə müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafını müzakirə edib.

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 17-də Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və qardaş ölkənin milli müdafiə nazirinin müavini Musa Heybet ilə görüşüb.

Görüşlərdə iki ölkə arasında hərbi-texniki sahədə uğurlu əməkdaşlıq münasibətlərinin olduğu, bu əlaqələrin yüksələn xətlə davam etdiyi vurğulanıb.

Tərəflər müdafiə sənayesində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək birgə layihələrin perspektivlərini müzakirə edib, maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}