MM-in “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasının vaxtı müəyyənləşib
Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasının vaxtı müəyyənləşib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, xüsusi iclasın may ayında keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 11-də imzaladığı Sərəncamla təsdiqlənən Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında qanunverici orqanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasın keçirilməsi məsələsi yer alıb.
Xəbəri paylaş
Facebook-da paylaş
