Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI
Bakıda tıxac olan yollar açıqlanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 9. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər; 10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 11. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Facebook-da paylaş
