"Zirə" Misli Premyer Liqasının XXIII turunda səfərdə "Sumqayıt"a böyük hesabla qalib gəlib.


"Zirə" Misli Premyer Liqasının XXIII turunda səfərdə "Sumqayıt"a böyük hesabla qalib gəlib.

Şəffaflıq.az-ın məlumatına görə, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda rəqibini 3:0 hesabı ilə üstələyib. Qolları Rafael Utziq (14) və Salifu Suma (36; 65) vurublar.

"Zirə" hazırda turnir cədvəlində 42 xalla üçüncüdür. 7-ci yerdə qərarlaşan Sumqayıt təmsilçisinin 22 xalı var.

Qeyd edək ki, XXIII turun qalan görüşləri fevralın 16-da və 17-də baş tutacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}